Jurnalist prezidentin təhqir olunduğu statusu bəyəndi, həbs olundu
Ötən il iyulun 16 da Türkiyənin baş naziri (İndiki prezident) Rəcəb Tayyib Ərdoğanın əleyihə yazılmış təhqiramiz statusu bəyəndiyi üçün haqqında cinayət işi açılmış jurnalist Yaşar Elmaya Qaziantep şəhər məhkəməsində hökm oxunub.
Belə ki, jurnalist Yaşar Elma 23 ay (1 il 11 ay 10 gün) müddətində azadlıqdan məhrum edilib.
Arqument.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, buna səbəb jurnalistin “facebook” sosial şəbəkəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yazılan statusu bəyənməsi (like) olub.
Qaziantep məhkəməsinin qərarına əsasən Yaşar Elma “facebook”da Ərdoğanın şəxsiyyətini təhqir edən statusu bəyənməklə dövlət qulluqçusunun şəxsiyyətini təhqir edib. Bu hərəkət isə jurnalistin həbsi üçün yetərli hesab edilib.
Yaşar Elma açıqlamasında bildirib ki, sadəcə olaraq prezidentin əleyhinə yazılan statusu bəyənib: “Bir qədər sonra bəyənməni geri götürdüm, lakin artıq gec idi, çünki yarım saat sonra polis evimə gəldi”.
Yaşar Elmanın vəkili Dilbər Dəmirəl isə məhkəmənin hökmünə etiraz edərək bunu qanunazidd hesab e