Manşet

Şeyxin adı rüşvət qalmaqalında – QMİ məscidi qeydiyyata almaq üçün 2 min manat istəyib?

Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Xədicəxanım Hüseynzadə adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib. 

“SAVAŞ” xəbər verir ki, “RegionNews.az”a təqdim etdiyi müraciətində o bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib.

Şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. X. Hüseynzadə deyir ki, onlardan 2000 (iki min) manat pul da tələb olunub:

“Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Siizn məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?”

QMİ ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik. Problemi araşdıracaqlarını bildirsələr də heç bir cavab olmadı. QMİ-nin mövqeyini dərc etməyə hazırıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button