Manşet

İlham Əliyev iranlı jurnalisti belə susdurdu: “Məsuliyyətli olun…”

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.

“SAVAŞ” xəbər verir ki, Prezident İlham Əliyev jurnalistin “sualına” cavab verib. Prezident əvvəlcə “sualı” aydınlaşıdırmaq istəyib: “Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?”

Daha sonra Prezident mikrofonun həmin “jurnalist”ə ötürülməsini istəyib.

Jurnalist isə deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.

Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.

Prezident deyib: “Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir.  Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.  

Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button