Manşet

Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? – “Azərişıq”dan AÇIQLAMA

“Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

“SAVAŞ” xəbər verir ki, qurumdan bildirilib ki, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir. 

“Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vatxda və yerdə rahatca ödənişlərini apara bilərlər”, – deyə “Azərişıq”dan bildirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button