Manşet

Moskvada azərbaycanlı müğənnini döyənlərdən biri həbs edildi

Moskvada azərbaycanlı müğənnini döyənlərdən biri həbs edildi“Yeni ulduz” müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun Moskvada səkkiz nəfər tərəfindən döyülməsi olayı ilə bağlı bir nəfər həbs olunub.

Bunu aznews.az-a müğənni Vüqar Muradov özü bildirib.

“3-4 günə bu haqda geniş məlumat veriləcək. Yəqin ki, hadisənin o biri iştirakçıları da həbs ediləcək”, – deyə müğənni vurğulayıb.

“Həbs olunan şəxsin kimliyi məlumdurmu” sualına V.Muradov belə cavab verib: “Əfsuslar olsun ki, azərbaycanlıdır. Ümimiyyətlə, o insanların hamısı soydaşımızdır”.

Qeyd edək ki, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Sonra isə səkkiz nəfər onu paytaxt ətrafındakı meşəyə apararaq döyüb.

Müğənni qeyd edib ki, o, həmkarı Fidan Süleymanovanın sifarişilə döyülüb: “Başıma gələn hadisənin arxasında adıçəkilən xanım durur”.

Fidan Süleymanova isə sayta açıqlamasında deyib ki, Vüqar Muradov günahsız yerə onu şantaj edir: “Vüqar bu addımına görə qanun qarşısında cavab verəcək”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button