Manşet

Mikayıl Cabbarovun \”yaz hücumu\”: Ağdam təhsil şöbəsinin müdiri işdən çıxarıldı, növbədə kimdir…

Mikayıl Cabbarovun "yaz hücumu": Ağdam təhsil şöbəsinin müdiri işdən çıxarıldı, növbədə kimdir...Təhsil Nazirliyi sistemində ciddi kadr əvəzetmələrinə start verilib və prosesin geniş miqyas alacağı gözlənilir.

Savash.org-a daxil olan məlumata görə təhsil naziri Mikayıl Cabbarov uzun müddətdir ki bu sektorda kök salmış vəzifəli şəxslərlə vidalaşmaq niyyətinə düşüb. Onun vurub-sıradan çıxartdığı ilk belə məmur isə Ağdam təhsli şöbəsinin müdirəsi Elmira Şükürovadır. Mənbəmiz iddia edir ki, artıq Elmira Şükürova vəzifəsindən azad edilib, yaxın saatlarda qərarın rəsmən təsdiqlənəcəyi gözlənilir.

Nazirin növbəti hədəfi isə Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov olacaq. Amma adı ciddi saxtakarlıqlarda və böyük korrupsiya olaylarında hallanan Tofiq Sadıqovun təkcə vəzifəsini itirməklə can qurtaracağı inandırıcı görünmür. Mənbəmiz iddia edir ki, Tofiq Sadıqov haqqında cinayət işi də açıla bilər.

Məsələ diqqətimizdədir və mövzuya qayıdacağıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button