Manşet

Bakıda növbəti dollar panikası: Sabah bahalaşma olacaq…

Bakıda növbəti dollar panikası: Sabah bahalaşma olacaq...Azərbaycanda dolların növbəti dəfə kəskin bahalaşacağı gözlənilir.

Bakı sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.

Valyutadəyişmə məntəqəsində çalışanlar bunun səbəbini sabah dolların bahalaşacağı ilə izah ediblər. Onların sözlərinə görə, sabah dollar 10 qəpik bahalaşacaq. Yəni 1 dollar 1,15 manat olacaq.

Bu saatlarda Bakıda əhali dolların bahalaşacağı xəbərindən panikaya düşərək əlindəki milli valyutanı dollara dəyişməyə çalışır. Valyutadəyişmə məntəqələrinin bağlanması da panikanı artıran səbəblərdəndir. Müvafiq qurumlar isə hələlik heç bir açıqlama verməyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button