Manşet

“Hər dəfə aç-bağla, özümüz də bezmişik…” – Millət vəkilindən karantin qadağalarına ETİRAZ

Bir sıra karantin qadağaları zaman-zaman müzakirə çevrilib, onların lüzumsuzluğu haqda fikirlər səsləndirilib. O cümlədən həftəsonları, bayram günlərində ictimai nəqliyyatın işləməməsi əksəriyyətin narazılığına səbəb olur. Nazirlər Kabinetinin sonuncu – 8 Mart qərarı isə bu məsələni yenidən gündəmə gətirib. 

Bayram günlərində, həmçinin həftəsonları ictimai nəqliyyatın işləməməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda pandemiyaya olan münasibət dünya ölkələrində olan münasibətlərdən hər zaman fərqli olub: “Mən bu fərqliliyi başa düşmürəm. Biz bunun öhdəsindən çox çətinliklə gəlirik. Hətta az xəstə olanda da panikaya düşürük. Ölkədə hökumət üzvlərindən də, qərarı verənlərdən də həmçinin eyni reaksiyanı görürük. Panikanın nəticəsində bu cür qeyri-populyar qərarlar qəbul edirlər.

Almaniyada gündə 10 min nəfər yoluxur, birtəhər öhdəsindən gəlməyə çalışırlar. Rusiya kimi böyük ölkədə karantin müşahidə olunmur. Yəqin onlar vətəndaşları başqa cür tərbiyə edə biliblər, biz edə bilmirik. Amma avtobuslarda insanların bu formada getməsi, o cümlədən həftəsonları nəqliyyatın işləməməsi insanların şəxsiyyətinin alçaldılmasıdır. Vətəndaşlar özlərini alçaldılmış hesab edir, təbii ki, buna yol vermık olmaz”.

R.Nurullayev düşünür ki, metroda qızdırma ölçən aparat quraşdırılmasını, hər bir insanın növbə ilə keçməsini təmin etmək mümkündür: “Bunları tənzimləmək olar. Amma  insanlara bu cür münasibəti qəbul etmirəm. Hesab etmirəm ki, bu yolla yoluxanların sayınının 300-dən aşağı olmasına nail olmaq olar. Bu gün vaksinasiyanın vurulmasını sürətləndirmək və digər tədbirlərə əl atmaq lazımdır ki, pandemiyadan qurtulaq. Yoxsa hər dəfə aç-bağla, özümüz də bezmişik və nəticəsi yoxdur”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button