Manşet

Lavrov İlham Əliyevə mesaj göndərdi: “Müharibəni unudun…”

Lavrov İlham Əliyevə mesaj göndərdi: “Müharibəni unudun…”\”Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya hətta keçməsini belə düşünmür\”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşün yekunları üzrə keçirilən brifinqdə deyib.

Lavrov bildirib ki, ritorikaya baxmayaraq o, tərəflərin də bunda maraqlı olmadığına əmindir: \”Bizim Qarabağla bağlı bütün addımlarımız,- mən Rusiyanı nəzərdə tuturam,- yalnız qarşılıqlı məqbul həll yolunun mümkün qədər tez tapılmasına yönəlib\”.

Rusiya xarici siyasət idarəsi rəhbərinin səsləndirdiyi “müharibəni unudun” bəyanatının məhz Azərbaycana qarşı yönəldiyi isə şübhəsizdir. Çünki indiki halda müharibə Ermənistana heç lazım da deyil və rəsmi Yerevan dəfələrlə bəyan edib ki, cəbhədə gərginliyin artmasından çox narahatdır. Əslində, Yerevanın bu mövqeyində anlaşılmaz nəsə axtarmaq da absurddur, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu səbəbdən də bölgədəki indiki statusun sonsuzluğa qədər davam etməsini arzulayardı.

Savash.org org xatırladır ki, Azərbaycan isə haqlı olaraq dəfərlərlə ən yüksək tribunalardan səsləndirib ki, torpaqlarının işğalda qalması faktı ilə barışmayacaq və danışıqlar lazımi nəticəni verməsə Bakı ərazilərinin hərbi yolla azad edilməsi hüququnu özündə saxlayır.

Bütün bunları nəzərə alaraq, Lavrovun məlum bəyanatının Azərbaycana, onun dövlət başçısı İlham Əliyevə təzyiq jesti kimi qiymətləndirmək olar. Amma bu kimi ənənəvi təzyiq üsullarının gözlənilən nəticə verməyəcəyi də hər kəsə aydındır.
SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button