Manşet

Ermənistan prezidenti gizlicə Bakıya gəlib? – Adminstrasiyadan açıqlama

Ermənistan Prezidenti Administrasiyası guya onun Bakıya səfər etməsi barədə şayiələri təkzib edib.

Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Qeyd olunur ki, bir müddət əvvəl “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı keçmiş fəxri konsulu Araik Sarkisyanın sözlərini sitat gətirmişdi. Diplomat Ermənistan prezidentindən “noyabrın 17-də Bakıda nə edirdi” deyə soruşmağı təklif etmişdi.

“Bəzi KİV-də Armen Sarkisyanın noyabrın 17-də guya Bakıda olduğu barədə xəbərlər yer alır. Bu, açıq-aydın yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də başqa bir gündə Bakıda olmayıb”,- deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

17 noyabr 2020-ci il tarixinə gəlincə, qeyd olunur ki, A.Sarkisyan həmin gün işçi gündəliyinə əsasən, Yerevanda Kanadanın Ermənistanda yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib. O, etimadnaməsini ona təqdim edib. (yenisabah.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button