Manşet

İntihar edən məktəblilərin müəllimi DANIŞDI: “Biz də şokdayıq”

“Əfruz və Mətanət hər ikisi yaxşı oxuyub, fəal , əlaçı şagird olublar”. 

Bunu dünən Lökbatanda intihar edən iki şagirdin müəllimi deyib.  

“Əfruz və Mətanət hər ikisi yaxşı oxuyub, fəal , əlaçı şagird olublar. Onların istəyir müəllimlər, istəyir şagirdlərlə heç bir problemi yox idi. Biz özümüz də şokdayıq. Çünki uşaqlar ağlagəlməyən addım atıblar. Onlar bizim məktəbimizin gülü idi. Heç kim o uşaqların intihar edəcəyini gözləmirdi.  Biz onları nə qədər sevirdik, əzizləyirdik. Onlayn da olsa, dərslərimizə qoşulurdular. Amma nə yazıq, belə oldu” -, deyə müəllimlərdən biri qeyd edib.

İntihar edən hər iki şagird Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olublar. 

Qeyd edək ki, ötən gün intihar edən 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı hadisə yerində dünyasını dəyişib. Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button