Manşet

100 nəfərin Azərbaycandan getməsinə qadağa qoyuldu – VERGİ BORCUNA GÖRƏ

100 nəfərin Azərbaycandan getməsinə qadağa qoyuldu - VERGİ BORCUNA GÖRƏVergilər Nazirliyi 32 nəfər Bakı sakininin Azərbaycandan getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Vergi borcunu ödəmədiyinə görə, ölkədən getmək hüququ məhdudlaşdırılanlar arasında rayon sakinləri də mövcuddur.

Belə ki, 22 nəfər Bərdə sakini, 8 nəfər Yevlax, 4 nəfər Salyan, 5 nəfər Şəki sakininin də ölkədən çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, nazirliyin bu tədbirləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında bəndinə müvafiq olaraq yerinə yetirilir.

“Cari ilin 01.04.2015-ci il tarixinə aşağıdakı borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək” – deyə, nazirliyin məlumatında deyilir.

Vergi borcunu ödəməyən şəxslərin siyahısı ilə burdan tanış olmaq olar.

http://www.taxes.gov.az/uploads/vergiborcu/air08042015.pdf

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button