Manşet

Manukyanı “Nə Qarabağ, nə müstəqillik?” açıqlamasına vadar edən səbəb – “Gücləri qalmayıb…”

“Ermənistan müxalifətinin lideri separatçı rejimin müstəqilliyini tanımağın real olmadığını etiraf etməli olub”.

Bu sözləri Ermənistanın müxalifət rəhbəri Vazgen Manukyanın “Qarabağın müstəqilliyi məsələsi gündəmimizdədir, lakin onun həlli praqmatizmlə bağlıdır” söyləyərkən, nə demək istədiyinə aydınlıq gətirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

“Müxalifət liderinin bu açıqlaması onu göstərir ki, Ermənistan artıq Qarabağla bağlı özünün şovinist siyasətini real olaraq həyata keçirə bilmir. Bilsəydilər çoxdan “Dağlıq Qarabağ” separatçılarının “müstəqilliyi”ni tanıyardılar. İşğal dövründə belə İrəvan qondarma rejimi tanıya bilmədi, qorxdu. İndi isə ümumiyyətlə bu məsələni gündəmə gətirə bilməzlər. Son zamanlar heç status məsələsini də gündəmə gətirə bilmirlər. 

Ərazilərin əksər hissəsini Azərbaycan Ordusu azad edir.  Orada nə erməni qalıb ki? Belədə başa düşürlər ki, qondarma rejimin müstəqilliyini tələb etmək reallıqdan uzaqdır. Ona görə də Manukyan kimiləri indidən vəd verə bilmir, bu istiqamətdə yalandan mənasız cümlələr qoşmaqla məşğuldurlar”.

Həmsöhbətimiz hesab edir ki, Manukyan Paşinyanı devirib, hakimiyyətə də gəlsə, o nə 10 noyabr, nə  11 yanvar bəyanatından kənara çıxa, nə də Dağlıq Qarabağın olmayan müstəqilliyini tanıya bilməz: “Paşinyanı devirməklə bağlı müxalifət liderinin aydın mövqeyi var. Amma artıq Dağlıq Qarabağla bağlı konkret hədəfi və mövqeyi yoxdur. Çünki, bu regionda separatizmdən ümumiyyətlə əsər-əlamət qalmayıb.  Azərbaycan burada mövcud olan problemlərin 80 faizini həll edib. Bəzi məsələlər var ki, onları da həll edəcəyik”. 

E. Şahinoğlu bildirdi ki, Manukyan bu açıqlaması ilə separatçı rejimin müstəqilliyinin tanınmasının, hətta status məsələsinin belə real olmadığını etiraf etmiş olub: “Ermənistanın heç bir gücü qalmayıb. Onların Azərbaycana nəyisə diktə etməyə heç bir imkanı yoxdur.  Bəyanatdan kənara çıxsalar, Azərbaycan müharibəni davam etdirib daha böyük hədəflərə çata bilər”.

Elçin
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button