Manşet

Azərbaycan Rusiyadan 300 min doza “Sputnik V” vaksini alır – SƏRƏNCAM

Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə imzalayıb.

“SAVAŞ” xəbər verir ki, sənəddə deyilir:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin”.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sərəncam “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq sərəncam imzalanıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button