Manşet

Sərt karantinin ayaq səsləri – Bakıya girişin bağlana biləcəyinə eyham vuruldu

Təmasın sıx olduğu sahələrdə və bayram günlərində insan axışı planlaşdırılan yerlərdə məhdudlaşdırıcı tədbirlər görülə bilər.

“SAVAŞ” xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinin qonağı millət vəkili Müşfiq Məmmədli deyib. O bildirib ki, bayram tətilində yoluxmanın şiddətli olduğu bir şəhərdən digərinə getmək yoluxma sayını artırar və nəticədə həmin ərazidə də virusun şiddətli yayılması müşahidə edilə bilər: 

“Bayram günündə hansısa məkana, bölgəyə kütləvi şəkildə gedirik və kütləvi şəkildə geri dönürük. Bu, çox təhlükəli haldır. Təmas artması ilə yanaşı həmin ərazini də yoluxma sayı çox olan ərazilər siyahısına daxil edirik. Bu səbəbdən hesab edirəm ki, pandemiya reallığından çıxış edərək, mərhələli şəkildə hər birimiz işimizi planlaşdırmalıyıq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button