Manşet

“Ukrayna Qarabağ müharibəsindən ruhlanıb, amma unudur ki…” – Rusiyadan SƏRT AÇIQLAMA

Son günlər bir çox siyasi ekspert Donbassda yenidən genişmiqyaslı döyüşlərin başlayacağı fikrini səsləndirir. Bunu ilk növbədə Ukraynanın bir neçə həftədir, qoşunlarını və texnikalarını təmas xəttinə çəkməsi də təsdiqləyir. Kiyevin nəzarətində olmayan əraziləri ağır toplarla daha tez-tez atəşə tutduğu bildirilir. 

Rusiyalı politoloq, Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru Andrey Kortunov bölgədəki vəziyyətin gərginləşməsinə səbəb olan amilləri açıqlayıb.

Andrey Kortunov bildirib ki, müharibəyə rəvac verən  amillərdən biri də ABŞ-dakı hakimiyyət dəyişikliyidir: “Ukraynanın birbaşa Vaşinqtonun xarici nəzarəti altında olduğu çoxdan heç kəs üçün sirr sirr deyil. Ölkə faktiki olaraq amerikalılar üçün “sınaq meydançası” dır. Nədənsə Kiyevdə ABŞ-ın yeni prezidenti Cozef Baydenin inadla Rusiyanın tərkibində qalmaq istəyən ipə-sapa yatmayan Donbass probleminin hərbi yolla həllinə dəstək verəcəyi qənaətinə gəliblər. Necə dəstək verəcək? Şübhəsiz ki, amerikalı əsgərləri döyüşə göndərməyəcək, amma ölkəyə silah yollayacağı tam realdır”. 

Siyasi ekspertin əsas gətirdiyi digər amil isə Türkiyənin faktiki olaraq münaqişəyə müdaxilə edərək Azərbaycanın tərəfini tutduğu İkinci  Dağlıq Qarabağ savaşıdır. Siyasətçinin fikrincə, məhz bu məqam dolayısı ilə də olsa  problemin güc yolu ilə həllinin tərəfdarı olan qüvvələrin əhval-ruhiyyəsinə təsir edə bilərdi. Amma Ukraynada unudurlar ki, bir müddət sonra məhz Rusiyanın yaranmış vəziyyətə müdaxiləsi daha çox qan tökülməsinin qarşısını aldı. 

“Qarabağda vəziyyətin gərginləşməsi göstərdi ki, diplomatik yol köhnəlmiş münaqişənin yeganə həlli yolu deyil. Bu da müəyyən mənada Kiyevdə güc nisbətinin Ukraynanın xeyrinə dəyişdiyi təəssüratını yarada bilər. Ola bilsin, müəyyən bir məqamda münaqişəni dondurmaq Ukraynanın maraqlarına cavab verə bilər”, – deyə Andrey Kortunov bildirib.

Mənbə: Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button