Manşet

Şoyqudan “Böyük Turan” sualına əsəbi reaksiya: “Nədən ötrü və kimə qarşı…”

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Qazaxıstanın Tengrinews.kz saytına müsahibəsində “Böyük Turan” və “Turan ordusu” ideyalarına münasibət bildirib. Şoyqu bu ideyaların məqsədini anlamadığını deyib.

Jurnalist Şoyquya Türkiyədə və bəzi keçmiş sovet respublikalarında ayrı-ayrı siyasətçilərin “Böyük Turan” qurulması, “Turan ordusu” yaradılması ideyası haqda danışdıqlarını xatırladıb. Buna münasibətini soruşub. Nazir isə bildirib ki, türkdilli xalqlar o cümlədən Rusiyanın ərazisində yaşayır, ona görə də bu söhbətlərin kimə qarşı yönəldiyini anlaya bilmir.

“Birincisi, mən bu adamlara demək istərdim, bilmirəm, onları siyasətçi adlandıraq, yoxsa kim. Yaxşı, budur, siz bunu arzu edirsiniz, bu istiqamətdə hansısa addımlar atmağa cəhd edirsiniz. Nədən ötrü və kimə qarşı? Eynilə bu cür türkdilli xalqlar Rusiya ərazisində də yaşayır onların sayı bizdə kifayət qədər çoxdur. Biz çoxkonfessiyalı və çoxmillətli ölkəyik. Və əsrlərlə birlikdə yaşayırıq”,-Şoyqu deyib.

Xatırladaq ki, bundan əvvəl “Böyük Turan” ideyasına Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirmişdi. Lavrov demişdi ki, Azərbaycan kimi türkdilli ölkələrin “Böyük Turan” qurmaqdansa öz müstəqilliklərini və suverenliklərini möhkəmləndirməyi qarşıya məqsəd qoyduqlarını görür. Ona görə də bu ideyanı ağlabatan hesab etmir. (virtualaz.org)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button