Manşet

“Putin qatildir, cavab verəcək…” – Co Bayden hədələdi

“Nəhayət uzun aradan sonra ABŞ prezidenti Co Bayden Ağ Evdə ilk müsahibəsini verdi. Ağ Ev sahibi “ABC” kanalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini qatil adlandırdı”.

“SAVAŞ” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, söhbət Rusiyaya qarşı növbəti sanksiyalardan gedir:

Bayden bunun ardınca dedi ki, Amerika kəşfiyyatının ona təqdim etdiyi hesabata görə Putinin əmri ilə Rusiyanın müvafiq strukturları ABŞ-da ötən il keçirilən prezident seçkisinə müdaxilə ediblər. “Buna görə Putin cavab verəcək” deyən Bayden Rusiyaya qarşı hansı addımların atılacağını konkretləşdirməyib. Aydındır ki, söhbət Rusiyaya qarşı növbəti sanksiyalardan gedir”.

“Başqa bir dövlətin, özəlliklə də Rusiyanın lideri üçün “qatil” ifadəsinin işlənməsi ağır gəlir. Görəsən, Putinin buna cavabı nə olacaq? Kreml sahibi həmişəki kimi soyuqqanlığını qorumağa çalışacaq və Baydenlə kəllə-kəllə gəlməyəcək. Ancaq Putin mahir siyasətçi və hiyləgər kəşfiyyatçıdır. O komandasına Amerika əleyhinə çalışmalara davam etməyi əmr verəcək. Putinin Trampla dostluğuna mane oldular, Bayden isə bəri başdan deyir ki, “Kreml sahibi mənim düşmənimdir”. Ona görə Putinin Baydenlə düşmənçiliyi davam etdirməkdən başqa alternativi yoxdur”, – deyə E.Şahinoğlu fikirini tamamlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button