Manşet

Drona göyərçin bağlayan ərəblər CƏRİMƏLƏNDİ

Aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonun  Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə  rəhmsiz rəftar olunması aşkar edildiyindən  həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

“SAVAŞ” xatırladır ki, sosial şəbəkələrdə aktivist Cavid Qara ov etmək üçün Acınohur ərazisinə gələn ərəb turistlərlə bağlı paylaşım edib. Görüntülərdən aydın olur ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edir. Onların insanlığa sığmayan bu əməli həm sosial şəbəkələrdə, həm də mediada ciddi tənqid olunmuşdu.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button