Manşet

Ermənistan Azərbaycanın dövlət sərhəddini tanıdı: “1970-ci illərin sovet xəritələri…”

Ermənistan və Azərbaycan sərhəddində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələrinə əsasən qoyulur. Bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin yekun delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşmədir. Bundan ötrü isə  ikitərəfli münasibətlər olmalıdır”, – Avinyan “Azadlıq” radiostansiyasının Ermənistan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

“Biz bu prosesi Gürcüstanla indiyədək başa çatdırmamışıq. Lakin bu proses gec-tez bütün qonşularımızla baş verməlidir”, – Avinyan qeyd edib.

Bu, Ermənistan rəsmisinin sovet sərhədlərinin qanuniliyini ilk dəfə rəsmi olaraq tanımasıdır. Əvvəllər Qarabağın işğalı zamanı bütün erməni rəhbərlər iddia edirdilər ki, sovet hakimiyyəti tərəfindən müəyyən edilmiş sərhədlər qanunsuzdur, Cəbrayıl, Qubadlı, Ağdam, Laçın, Zəngilan, Füzuli və Kəlbəcər rayonlarında Azərbaycan torpaqlarını əhatə edən “DQR” adlı ərazi var.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button