Manşet

Xoşqədəm Hidayətqızının verilişini bağlamaq istədilər, ara qarışdı – ATV-DƏKİ QALMAQALIN GİZLİNLƏRİ

Xoşqədəm Hidayətqızının verilişini bağlamaq istədilər, ara qarışdı - ATV-DƏKİ QALMAQALIN GİZLİNLƏRİMəlum olduğu kimi, bu gün Azəd Azərbaycan Televiziyasında (ATV) 100 nəfərin işdən çıxarılması ilə bağlı informasiyalar yayılıb. Yayılan məlumatlarda iddia olunurdu ki, kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib.

Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq onlara təkidlə ərizə yazmalı olduqları deyilib. İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulduğunu iddia edərək ərizə yazmaqdan imtina ediblər. Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlərin işinə xitam verilib.

Bu informasiyanın ictimailəşməsindən sonra isə ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu xüsusi açıqlama ilə çıxış edərək yayılan məlumatları təkzib etdi. Elə bununla da mövzuya nöqtə qoymaq olardı. Amma…

Amma ATV-də baş verənlərlə bağlı Savash.org-a daxil olan yeni məlumatlar bizi məsələyə təkrar qayıtmağa vadar etdi. Etibarlı mənbənin saytımıza verdiyi məlumata görə, ATV-də həqiqətən də müəyyən ixtisarlar olub, sadəcə olaraq bu bəzi saytların iddia etdiyi kimi kütləvi xarakter daşımayıb. Əslində isə məsələnin mediada bu qədər müzakirəyə çıxarılmasının əsl səbəbkarı “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı olub.

Savash.org-a sızan məlumata görə, ATV-dəki verilişinin dayandırılması haqda müzakirələr başlayar-başlamaz Xoşqədəm Hidayətqızı əks hücuma keçmək qərarına gəlib. Verilişinin bağlanacağından ciddi şəkildə əndişə keçirən tanınmış aparıcı məqsədli şəkildə ATV-dəki ixtisarları şişirdilmiş formada gündəmə gətirməklə əslində özünü və verilişini qorumaq məqsədi güdüb. Amma mənbəmiz bütün bu səylərə baxmayaraq X.Hidayətqızının verilişinin bağlanacağına əmin olduğunu bildirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button