Manşet

“Ola bilsin, lazımı qədər peyvənd yoxdur…” – Vaksinasiya prosesi niyə ləng gedir?

Operativ Qərargahın son məlumatına görə Azərbaycanda koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndləmə prosesində iştirak edib. Bu isə çox cüzi rəqəmdir, əhalinin yalnız 5,5 faizi deməkdir. Onların isə heç də hamısı hər iki dozanı qəbul etməyib.

Görünən odur ki, Azərbaycanda peyvəndləmə prosesi ləng gedir. Görəsən, belə vəziyyətin yaranmasına səbəb nədir?

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, prosesin ləng getməsinə ən azından 4 amil təsir göstərə bilər:

“Ola bilsin, lazımı qədər peryvənd yoxdur. Baxmayaraq ki, verilən məlumata görə, Azərbaycan 6 milyon doza vaksin alıb. Səhiyyə infrastrukturunun zəif olması da burada öz sözünü deyə bilər. İdarəetmə işi də yaxşı təşkil olunmayıb”. Ən əsası isə həmsöhbətimiz qeyd etdi ki, əhalinin özü də hələlik peyvəndləməyə ciddi maraq göstərmir: 

“Deməli, bu sahədə maarifləndirmə işi də zəifdir.  Əhali inanmırsa, birinci 3 məqamın hətta yaxşı təşkil olunması belə əhəmiyyət kəsb etmir. Prosesin sürətlənməsinə nail olmaq üçün ölkənin yüksək ranqlı rəhbərləri, siyasi, ictimai, elm sahəsindəki liderləri əhaliyə bu istiqamətdə nümunə olmalıdırlar. Peyvəndlə bağlı məlumatlar açıq olmalı, proses şəffaf və hesabatlı şəkildə həyata keçirilməlidir”.

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button