Manşet

Bakının girişində postlar qurulur – Sərt karantinə hazırlıq gedir?

Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub.

“SAVAŞ” bildirir ki, E-huquq.az məsələyə aydınlıq gətirmək üçün DİN Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. E.Hacıyev e-huquq.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.

“Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə o bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button