Manşet

Xankəndidə ofis axtaran deputatla bağlı açıqlama: “Qarabağda icmalar ola bilməz, amma…”

“Xankəndində deputatının ofisi açıla bilər, icmanın deyil”.

Bunu politoloq Zaur Məmmədov Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin Xankəndində ofis axtarmaqla bağlı paylaşımına münasibət bildirərkən deyib.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ olmadığı kimi, onun icmaları da  olmamalıdır: “Azərbaycan bütövdür və azərbaycanlılar unitar dövlətin heç bir güşəsində icma deyillər. Amma Xankəndini, Hadrutu təmsil edən deputatın digər rayonları təmsil edən millət vəkilləri kimi ofisi olmalıdır. Ermənilər bilsinlər ki, unitar Azərbaycanda azlıq onlardırlar”.

Qeyd edək ki, ötən gün Tural Gəncəliyev hazırda Xankəndində yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:”Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.

Günay

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button