Manşet

Rusiya müdafiə naziri Ukraynanın müharibə təhdidinə cavab verdi: “Biz də hazırıq…”

Ukrayna 100 min əsgərlə müharibəyə hazır olduğunu elan etdikdən sonra Kremldən cavab gecikməyib. 

Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya hərbi qüvvələrinin müharibəyə hazırlığı ilə bağlı yoxlama tədbirlərinə başladıqlarını açıqlayıb.

Sergey Şoyqu “Silahlı qüvvələrin təlim planı çərçivəsində hərbi idarə və bölmələrdə yoxlamalar başlayıb, – deyə bildirib.

Ölkənin müxtəlif bölgələrində taktiki təlimlərin həyata keçiriləcəyini bildirən Şoyqu 

“Mən yoxlama işlərinin yüksək keyfiyyətlə aparılması və əsgərlərinin, eləcə də hərbi texnikanın hərəkət müddəti ərzində təhlükəsizliyini tələb edirəm”, – deyə, qeyd edib.

Sözügedən təlim planı çərçivəsində aprel ayı ərzində 4048 tipli müxtəlif hərbi təlimin keçiriləcəyi bildirilib.

Xatırladaq ki, dünən Ukraynanın Baş Qərargah rəisi, general-polkovnik Ruslan Homçak ölkəsində 100 min əsgərin müharibəyə hazır olduğunu demişdi.

Əzizə Zeynal
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button