Manşet

“Mübarizəni mənlə aparın, ailəmlə işiniz olmasın” – Qubad İbadoğlu qızının izləndiyini bildirir

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu qızı Jalənin izlənməsi haqda paylaşım edib.

“SAVAŞ” xəbər verir ki, hüquq-mühafizə orqanlarını xəbərdar edən iqtisadçı baş verənləri belə təsvir edib:

“Qızım Jalə ailəmizin Bakıda olan yeganə üzvüdür, nənəsi ilə birgə qalır. Son 1 aydır ki, dəfələrlə izlənildiyini, danışıqlarının dinlənildiyini hiss edərək mənə həyacan dolu məlumatlar çatdırıb, Facebook səhifəsinə bir neçə dəfə haker hucumu olub, o səbəbdən əvvəlki səhifəsini bağlayıb, yenisini açsa da yenə də hucumlar davam edir.

Dünən ərzaq almaq üçün getdiyi evin yaxınlığındakı “Favorit” mağazasından çıxanda yenidən izlənildiyini hiss edib, mağazadan arxasınca gələnlər yaşadığı binanın həyətinə qədər onu müşaiyət ediblər. Səs-küy salandan sonra geri dönüblər. Bu barədə şikayətini rəsmiləşdirəcək.

Jalə hazırda 4 Universitetdən (Bristol, Essex, Lund və CEU-dan) qəbul alıb, təqaüd üçün müraciətlərindən cavab gözləyirik. Bir neçə aydan sonra başqa istedadlı və azad fikirli gənclər kimi o da ölkəni magistr təhsili almaq üçün tərk edəcək.

Tezliklə vətənə dönəcəm, mübarizənizi mənimlə aparın, sözünüz varsa birbaşa mənə ünvanlayın, çirkli əllərinizi ailəmdən çəkin!”

Xatırladaq ki, Qubad İbadoğlu ABŞ-da pedoqoji fəalliyyətlə məşğuldur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button