Manşet

Bayden “nüvə bombası effektli” sanksiya elan edəcək – Kremlin cavabı gecikmədi

ABŞ prezidenti Cozef Bayden bu gün Rusiyaya qarşı yeni sərt maliyyə sanksiyaları elan etməyə hazırlaşır. “Reuters” agentliyinin Bayden administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, sanksiyalar arasında Rusiyanın suveren borclarının alqı-satqısına qadağa qoyulması da yer alacaq. Səhər saatlarından etibarən bu xəbərlərin təsiri altında Rusiyada dollar bahalaşmağa başlayıb.

ABŞ Rusiyanın suveren borc istiqrazlarının ilkin bazarda alınmasını hələ 2014-cü ildə qadağan etmişdi, lakin investorlar ikinci əl bazarda bu istiqrazları alıb-sata bilirdilər və nəticədə sanksiya Rusiyaya elə də ciddi təsir etmirdi. İndi isə istiqrazların ümumiyyətlə alınmasına qadağadan söhbət gedir.

Sanksiyalara əsas kimi Rusiyanın ötən ilin sonlarında ABŞ seçki sisteminə müdaxiləsi və  kiber hücumlar həyata keçirməsi göstərilir. Geniş sanksiyalar paketində Rusiyadan 20 şirkət və təşkilat, 12 fiziki şəxs yer alır. Bura kəşfiyyatın və hökumətin nümayəndələri də daxildir. Analitiklər bu sanksiyalar paketinin Rusiyanın maliyyə sistemi üçün “nüvə bombası effekti” yarada biləcəyini deyirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın bu cür sanksiyalar cəhdlərini pisləyir və qanunsuz sayır. Amma hələlik rəsmi məlumatın açıqlanmasını gözləyir və ondan sonra öz mövqeyini bildirəcək. Bununla belə Peskov deyib ki, od olmayan yerdən tüstü çıxmaz…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button