Manşet

Şahbaz erməni əsirliyində Dilqəmə şillə vurduğunu boynuna aldı: “Ona görə ki…”

Ötən il əsirlikdən Vətənə qaytarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin arasında mübahisə yaranıb. Ona görə ki, D.Əsgərov və oğlu Kürdoğlu Əsgərov Ş.Quliyev haqqında yeni iddia və ittihamlar səsləndiriblər. K.Əsgərov deyib ki, Ş.Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq düşmən əsgərləri tərəfindən girov götürülüb:

“Sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb. Ş.Quliyev tutulan kimi D.Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı H.Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub”

Bundan əlavə D.Əsgərov da Ş.Quliyevi “Paşinyanın dostu” adlandıraraq Həsən Həsənovun ölümündə onu günahlandırıb.

“SAVAŞ” xəbər verir ki, “Sherg.az” bu ittihamlara cavab almaq üçün Ş.Quliyevin özü ilə əlaqə saxladıq və Şahbaz bəy də ittihamları cavabsız qoymadı:

“Dilqəm deyir ki, o mənə ermənilərin yanında şillə vurub. Səni neçə kilometr belimdə daşıyanda yaxşı oldum, iki şilləyə görə pisəm? Bir də ki yaxşı edib vurmuşam. Özüm də deyirəm ki, ona iki şillə vurdum. Əcəb eləmişəm. Dilqəm yaxşı bilir niyə belə etdim. Dilinin üstündə! Deyirdi, guya Şahbazla Həsən hökumət adamıdır, ona görə vurdum. Nə hökumət adamı? Qəbir ziyarətinə getmişdik”

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button