Manşet

“Navalnı təcridxanada öləcəyi təqdirdə…” – ABŞ Rusiyanı təhdid etdi

ABŞ tərəfi hesab edir ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının həbsxanada başına gələcəyi hadisələrə görə məsuliyyəti rəsmi Moskva daşıyır.

Bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bəyan edib.

“Navalnı təcridxanada öləcəyi təqdirdə Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsluiyyət daşıyacaq. Görə biləcəyimiz konkret tədbirlər barədə demək istəyirəm ki, müxtəlif yolları nəzərdən keçiririk, hazırki mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öləcəyi təqdirdə nəticələrin olacağını bildirdik”-deyə, o bildirib.

Qeyd edək ki, sabah da Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Aleksey Navalnı ətrafında vəziyyəti müzakirə edəcəklər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button