Manşet

Nüfuzlu təşkilat sorğu nəticələrini açıqladı: \”Azərbaycanlıların 54 faizi dinə inanmır…\”

Nüfuzlu təşkilat sorğu nəticələrini açıqladı: "Azərbaycanlıların 54 faizi dinə inanmır..."Qlobal sorğunun nəticələri açıqlandı

Nüfuzlu Gallup Beynəlxalq Tədqiqat Mərkəzi (WIN-Gallup International Association) ictimai rəy üzrə qlobal sorğunun nəticələrini açıqlayıb. Hər bir ölkədən sorğuda min nəfər iştirak edib. Sosioloqlar sorğuda iştirak edənlərdən onların dindar olub-olmamalarını soruşub. Nəticələr gözlənilən, eyni zamanda təəccüblü olub.

Sorğunun nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 34%-i özlərini inanclı hesab edib. 54%-i isə özlərini inanclı hesab etmirlər, 0% özlərini tam ateist hesab edib, 13% isə cavab verməkdə çətinlik çəkib.

İnanclı insanlar daha çox Qana (əhalinin 96%-i), Nigeriya (93%), Ermənistan (92%), Fici (92%), Makedoniya (90%), Rumıniya (89%), İraq (88%), Keniya (88%), Peru (86%), Braziliya (86%), Gürcüstan (84%), Pakistan (83%), Moldova (83%) və Kolumbiyada (83%) yaşayırlar.

Sorğuda ümumilikdə 57 ölkədən 52 min insan iştirak edib.

“Din bizim gündəlik həyatda dominantlıq etməkdə davam edir və biz görürük ki, özlərini dindar hesab edənlərin ümumi sayı əslində olduqca çoxdur”, – deyə sorğunun nəticələrini şərh edən Gallup Beynəlxalq Tədqiqat Mərkəzinin prezidenti Jan-Mark Lecer vurğulayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button