Manşet

İcra başçılarından “paket” almaqda suçlanan Xoşqədəm danışdı: “Səbirli olun, hər şeyi açacam…”

İcra başçılarından “paket” almaqda suçlanan Xoşqədəm danışdı: “Səbirli olun, hər şeyi açacam...”Artıq ANS-ə transferi təsdiq olunan ATV kanalının aparıcısı Xoşqədəm Hidayətqızı haqda yeni iddialar ortaya çıxıb. Savash.org-un məlumatına görə, bir sıra saytların email ünvanına “etibarlı mənbə” adı altında yazılar ötürülüb. Həmin yazılarda isə Xoşqədəm ATV kanalının rəhbərliyindən gizli rüşvət almaqda ittiham olunur. Aparıcının həmçinin bəzi icra başçılarından “paket” alması haqda da iddialar səsləndirilir.

Xoşqədəm Hidayətqızı isə bütün bunlarla bağlı verdiyi son açıqlamada jurnalistləri bir qədər də səbrli olmağa səsləyib:“Bu, elə belə məsələ deyil. Sezon başa çatmadan belə bir addım atıldı. Jurnalist həmkarlarıma demək istəyirəm ki, bu prosesi səbrlə gözləsinlər. Etibarlı, sağlam mənbə adı ilə saytların emailinə göndərilən yazılar da var. Mən bütün bunlar barədə xəbərdaram. Çox xahiş edirəm ki, mənim adımdan olmayan informasiyaları yerləşdirməsinlər. Çünki mən özüm hələ ki, bu mövzuda danışmamışam. Bütün məsələlərə keçirdiyim mətbuat konfransında aydınlıq gələcək. Ümid edirəm ki, 5 il öncə yola çıxdığım bir layihənin ətrafında olan söz-söhbətlərin əsas səbəbini biləcəksiniz. Mənə görə bu layihə müqəddəsdir. Bu müqəddəs işə xələl gətirən insanlara layiqli cavab veriləcək”.

Qeyd edək ki, aparıcı X.Hidayətqızı ATV telekanalından ANS telekanalına keçib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button