Manşet

Zakir Həsənov icra başçısını döydü: RESTORAN BAŞÇININ \”BAŞINI AĞRITDI\”

Zakir Həsənov icra başçısını döydü: RESTORAN BAŞÇININ "BAŞINI AĞRITDI"Müdafiə naziri Alimpaşa Məmmədovdan hərbi hissə ərazisində fəaliyyət göstərən restoranın sökülməsini istəyibmiş

Müdafiə naziri Zakir Həsənov Şəmkir rayonun icra başçısı Alimpaşa Məmmədovu döyüb.

Savash.org bildirir ki, məlumatlı mənbədən AzToday.az-a verilən məlumata görə, hadisə 3 gün əvvəl baş verib.

Belə ki, müdafiə naziri cəbhə bölgəsinə səfər edərkən Şəmkirdəki hərbi hissədə olub. Və hərbi hissə ərazisində fəaliyyət göstərən restoranın sökülməsini istəyib. Alimpaşa Məmmədov isə nazirin bu istəyini yerinə yetirmək istəməyərək özünü “yuxarı”dan aparıb. Zakir Həsənov ikinci dəfə sərt şəkildə restoran tipli ictimai iaşə obyektinin sökülməsini tələb etsə də icra başçısı buna əhəmiyyət verməyib. Bunu görən nazir icra başçısına bir şillə vurub. Döyüldüyünü görən icra başçısı qaçmaq istəyərkən Zakir Həsənov ona bir təpik də \”ilişdirib\”.

Mənbənin dediyinə görə, səhərisi gün hərbi hissə ərazisində olan restoran sökülüb

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button