Manşet

Koronavirusa yoluxsanız, bunları qəti şəkildə etməyin – YANLIŞLAR SİYAHISI

“Son günlər apardığım müşahidələr məni dəhşətə  gətirir. İnsanlar dərin ruhi sarsıntı və psixi böhran içərisində, tükənmiş, üzülmüş və ümidsiz vəziyyətdədirlər”.

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev  deyib. Mütəxəssis bildirib ki, COVİD-19 yalnız ümidsizlikdən güc alır və bu halda amansız qatilə çevrilir:

“Stressə düşərək, kiminsə məsləhətilə sistem vurdurmaq, əlinə keçən dərmanları qəbul etmək, KT etdirmək sonda atipik pnevmoniya və modul tipli xəstəxana ilə yekunlaşır. Hələ mütəmadi olaraq KT elətdirib, yüksək dozada şüa almanın, yaxın illərdə bizi təqib edəcək müalicəolunmaz risk faktorlarını demirəm.

COVİD-19  insanları öldürmür. Yəni, adi gigienik qaydalara riayət edin və normal həyatınızı yaşayın. İstənilən infeksiyanın qorxu, stress, ümüdsizlik və faciəyə səbəb kimi dəyərləndirilən yalnız  2 əsas göstəricisi olur: yoluxduruculuq qabiliyyəti (buna Ro indeksi deyilir) və letallıq (ölüm törətmə) əmsalı”.

Professor virusların yoluxma sürəti və öldürücülük qabiliyyətindən də söz açıb. “Digər infeksiyalarla müqayisədə hər iki parametri təqdim edirəm və bunlar elmi həqiqətdir:

Virusların yoluxdurma sürəti ( Ro indeksi)
Qızılca         –       11-18
Su çiçəyi     –         7 -12
Parotit         –       11-14
Mers-CoV   –              3
Covid 19      –             2-2,2
Ebola           –             2
Donuz qripi –             1,5
Fəsli qrip     –             1,3
Quş qripi      –            1
Sars- CoV    –            0,5

*göstərilən rəqəmlər bir virusun yoluxdurduğu xəstə sayıdır.

Hansı virus daha çox öldürücüdür (letallıq əmsalı)
Ebola            –            50%
Quş qripi      –            39,3 %
Mers-CoV    –            35%
Donuz qripi. –            17,4%
Sars-CoV     –             9,6%
Covıd – 19       –             3,6%
Fəsli qrip      –              0,1%
Qızılca          –              0,004-0,28%
Parotit          –              0,006%
Su çiçəyi      –              0,0001%

*100 nəfərə düşən ölüm sayı

Göründüyü kimi COVİD-19-un bir aktiv virus daşıyıcısı yalnız 2 nəfəri yoluxdurursa, hər 100 nəfərdən yalnız 3-4 nəfər-ə qədər insanı öldürə bilər. Xüsusi narahatlığa ona görə əsas yoxdur ki, karantinə alınan aktiv koronavirus xəstələrinin 84-87 %-də dərman müalicəsi ümumiyyətlə tələb olunmur”.

Günay Rəsulqızı

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button