Manşet

“O, mənim qızım yerindədir” – Hüseynbala Mirələmov danışdı

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edildi.

“SAVAŞ” xəbər verir ki, sözügedən video ilə bağlı sabiq millət vəkili unikal.org-a müsahibə verib:

– Hüseynbala müəllim, necəsiniz?

– Babatam

– Məlum video ilə bağlı nə deyə bilərsiniz?

– Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

– Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

– Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri “Facebook”da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım”.

– Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

– (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. O, universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır.

reklam...

Bənzər Yazılar

1 şərh

  1. Burda deyibler ki üzrü günahından beter. Evvela o xanımın, eyer bele demek olarsa yaş etibarile seninçün kimin yeride olması artıq göz qabağındadır. İkincisi ise sen eyer qızın dediyin insanın bir yerini elleyirsense ve bu tesadüfen qeyde alınırsa bu artıq senin terbiyenden ve qızına olan münasibetinden xeber verir. Deyesen öz gözündeki “stolba”nı görmürsen onun bunun gözünde tük axtarırsan ay…saqqalı ağ !!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button