Manşet

“Vaksin məcburi olsun” – Milli Məclisdə mübahisə düşdü

“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurub. Onlardan  363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say hansı səbəbdən azdır vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”.

“SAVAŞ” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışında deyib. 

O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə yaş həddini aşağı salmaq lazımdır: “Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha  yaxşı olardı”. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputata cavab olaraq ki, ölkədə vaksin çatışmazlığı yoxdur: “Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.

Deputat Fəzail Ağamalı da qeyd edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.

Ə. Əmiraslanov F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button