Xoşqədəm: \”Səni axtarıram\” zavod-fabrikdi ki, orda yeyinti olsun?…\”
Tanınmış telejurnalist Xoşqədəm Baxşəliyevanın ATV-də yayımlanan populyar “Səni axtarıram” verilişini ANS TV-yə transfer etməsi xəbəri ətrafında söz-söhbətlər səngimək bilmir.
Savash.org xəbər verir ki, o bununla əlaqədar mətbuat konfransı keçirir.
Xoşqədəm Hidayətqızı qeyd edib ki, üzləşdiyi hadisələr barədə hamının bilgili olmasını istəyir: \”Mən dəfələrlə ATV-dən getmək istəmişəm. Amma ora mənə çox doğma olduğu üçün gedə bilmədim. Avqustda layihəmə oxşar veriliş hazırlandığı barədə məlumat aldım. Vüqar Qaradağlı mənə dedi ki, istəyirəm layihəni dayandıraq. Birdən-birə belə qərar verilməsi məni üzdü. Amma yenə də problemi aradan qaldırdım. Aprelin ilk həftəsində həmin qərar təkrar verildi. Dedilər ki, ATV-də \”Səni axtarıram\” verilişi olmamalıdır. Bundan sonra qərar verdim. Mən məcburiyyət qarşısında qalaraq ATV-dən ayrıldım\”.
Aparıcı əlavə edib ki, verilişin kulli miqdarda yeyinti üzündən bağlanılmasına dair deyilənlər doğru deyil: \”Gələn gəlirlərdən, pullardan mənim xəbərim olmayıb. \”Səni axtarıram\” zavod, fabrik deyil ki, orada yeyinti olsun. Maliyyə məsələsi ilə reklam şöbəsi və televiziya rəhbərliyi məşğul olub\”.
X.Hidayətqızı ANS-ə komandası ilə getdiyini deyib: \”Komanda üzvlərinin mənimlə getmədiyi barədə deyilənlər düzgün deyil\”.