Manşet

“Freedom House”-dan demokratiyaya keçid hesabatı – Azərbaycan bu ölkələrlə eyni sırada

Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.

Azərbaycanda möhkəmlənmiş avtoritar rejim hökm sürür. “Freedom House” insan haqları təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” hesabatını açıqlayıb. Hesabatda Orta Asiyadan tutmuş Mərkəzi Avropaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir.

Qurum bildirir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.

Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.

Azərbaycan hakimiyyəti isə ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulmasıyla bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir.

Ermənistan yarı-möhkəmlənmiş avtoritar rejim siyahısına salınıb. Vaxtilə demokratiya yönündə böyük irəliləyişi qeyd olunan Ermənistan 2018-ci ilin məxməri inqilabından sonra ilk dəfə geriləyib. 2019-cu ildə Ermənistanın hibrid/tranzit rejimə doğru proqres etdiyi bildirilirdi, ötən ilsə geriləyib.

Qırğızıstanın isə 2020-ci ildə avtoritar idarəçiliyə qayıtdığı vurğulanır.

Gürcüstan tranzit, yaxud hibrid rejimlər sırasındadır. Bu siyahıda Bosniya Herseqovina, Macarıstan, Kosovo, Monteneqro, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna yer alıb.

Gürcüstanın balı 2011-ci ildəki səviyyəyə qayıdıb. Bir il sonra “Gürcü arzusu” hakimiyyətə gəlib və hazırda ölkənin hakim partiyasıdır.

Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən dirəniş nümunələri də var. Türkmənistan, Tacikistan və Azərbaycandan mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.

“Jurnalistlər çətin şəraitdə işlərini davam etdirməkdən ötrü innovativ üsullara əl atırlar. Məsələn, Belarusun müstəqil media orqanları hökumətin bloklamasından yayınmaq üçün kütləvi Telegram şəbəkəsinə köçüblər”, – hesabatda deyilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button