Manşet

BNA səlahiyyətlərini icra edə bilmir – Vüsal Kərimli “parkovşik”lərin də öhdəsindən gələ bilmirsə…

 “Parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Savash.org -un məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələ ilə bağlı qeyd edib ki, bununla artıq neçənci dəfədir ki, səlahiyyətli dövlət qurumu öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır:

“Qanunla BNA-ya verilən səlahiyyəti hansısa bir “X” şirkəti icra edir və pullar onun kassasına gedir. Anlamıram ki, dövlət nəzarətinə cavabdeh şəxslər üçün, Prezidentin fərman və sərəncamlarının icrasına nəzarət edənlər üçün daha hansı mesajlar verilməlidir.

Təsəvvür edin ki, real fəaliyyət göstərən “parkovka” infrastrukturu var,  xidmət göstərilir və bununla bağlı pullar yığılır. Ən qəribəsi odur ki, bu məsələləri tənzimləyən hüquqi-normativ baza da var”.

O.Gündüz həmçinin Nazirlər Kabinetinin “parkovka” ilə bağlı tarifləri müəyyən etmədiyini qeyd edib:

“Güman ki, kimlərsə “ağır çəkililər” Nazirlər Kabinetinə təsir edə bilirlər ki, nə qədər imkan varsa, Prezidentin fərmanının bu hissəsi icra edilməsin,  qanuni “parkovka”  tarifləri müəyyən olunmasın. BNA deyir ki, məhz bu səbəbdən də “parkovka” ilə bağlı innovasiyalara əsaslanan normal bir sistem qura bilmirlər.

Əgər Prezident Administrasiyası Nazirlər Kabinetinə bu məsələni həll elətdirə bilmirlərsə, onda düşünürəm ki, Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanına dəyişiklik edilsin və  tariflərlə bağlı səlahiyyət elə BNA-nın özünə verilsin. Bununla da ümid edirəm ki, 4 il davam edən problem həllini tapar”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button