Manşet

Navalnıdan Putinə tikanlı sözlər: “Tac qulaqlarından düşür…”

Bu gün – aprelin 29-da Moskva Şəhər Məhkəməsi prokurorların Navalnıya bağlı üç təşkilata qarşı qaldırdığı iddiaya baxıb.

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı məhkəmədə Rusiya Prezidenti Vladimir Putini və ölkənin məhkəmə sistemini acı sözlərlə tənqid edib.

Həbsxanada üç həftəlik aclıq aksiyasına son qoyandan sonra ilk dəfə görünən Navalnı təqsirli bilindiyi böhtan işi üzrə apellyasiya məhkəməsinə videoəlaqə vasitəsilə qatılıb. O, bir müddət öncə 2-ci Dünya Müharibəsi veteranını təhqir etməkdə təqsirli bilinib. Müxalifətçi məhkəmədə “prokurorları cinayət məsuliyyətinə cəlb etməyə” çağırıb.

Başı qırxılmış, xeyli arıq görünən Navalnı Putini “paltarsız imperator” adlandırıb, deyib ki, Rusiya onun idarəçiliyi altında “hər il geriləyir”.

“Tac imperatorun qulaqlarından sürüşüb düşür: TV-də yalanlar eşidilir, trilyonlarla rubl xərclənir, amma ölkəmiz yoxsulluğa yuvarlanır”, – Navalnı vurğulayır.

Emosional çıxışından az sonra hakim Navalnının apelyasiya şikayətini təmin etməyib.

Navalnı Kremlin təşkilatçılığı ilə videoya çəkilənlərə lağ etmiş, onları “korrupsioner lakeylər və xəyanətkarlar” adlandırmışdı.

Videodakı 94 yaşlı veteran müxalifətçini məhkəməyə verib, ötən ay məhkəmə Navalnını veterana böhran atmaqda təqsirli bilərək 850 min rubl (11 min 500 dollar) cərimələyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button