Manşet

“Manatın devalvasiyası qaçılmazdır” – Qubad İbadoğlu

“Mərkəzi Bankın pulun üzərində diktaturanı inzibati yollarla gücləndirmək siyasəti Azərbaycana xarici sərmayə qoyuluşunda maneələri daha da artırır”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın yanaşması əhali arasında dollar ajiotajı yaradır:

“Ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı, onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi.

Lakin, 12 ay müddəti başa çatsa da limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır. Belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, devalvasiya söhbətləri də artır. Görünür ki, Mərkəzi Bank bununla əhalinin dollara tələbatını süni sürətdə aşağı salır. Əslində əhali arasında dollara tələbat pandemiya ilə əlaqədar olaraq xarici səfərlərin azalması səbəbindən aşağıdır. Bəs, onda Mərkəzi Bank nədən narahatdır? Bu il Azərbaycanda xarici borclara xidmət üzrə öhdəliklərinin bütün səviyyələrdə (dövlət, özəl) kəskin artımı müşahidə olunur. Bu tendensiya növbəti illərdə daha da güclənəcək. Odur ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamanın məsələsidir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button