Manşet

“Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz” – Lavrov nə demək istəyir?

“Rusiyanın xarici işlər Sergey Lavrov İrəvanda erməni həmkarıyla birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”. Görünür, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub. Halbuki, ermənilər harda gəldi minalar basdırıblar. Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər. Bu haqda Lavrov İrəvanda heç nə deməyib. O ki qaldı Lavrovun cümləsindəki “dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də “ermənilərə aid olanları” nəzərdə tutub”.

“SAVAŞ” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb:

“Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur.

Serger Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınmasıyla bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətləri tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır. Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz”.

“Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İsgəndər” raketlərinə qədər suallar vermək lazımdır. Bir də necə ki, Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət edib, Bakıda da “”Şəhidlər Xiyabanını” ziyarət etməlidir”, – deyə E.Şahinoğlu bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button