Manşet

Bakının mərkəzində aksiya – “28 May”da baş verənlərlə bağlı rəsmi açıqlama + VİDEO

Bu gün, mayın 7-də bir qrup şəxs Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında aksiya keçirməyə cəhd edib.

Bu aksiyanı Azərbaycandan vaxtilə gedən və indi xaricdə yaşayan bloqerlərin təklif etdiyi bildirilir.

Aksiyaya gələn şəxslər, əsasən, sosial tələblər səsləndiriblər. Onlar koronavirusla bağlı tətbiq edilən karantin sərtləşdirildiyi aylar ödənilən birdəfəlik sosial yardımın yenidən verilməsini və həm onların, həm də pensiyaların qaldırılmasını tələb ediblər.

Daxili İşlər Nazirliyi bu gün Bakıda aksiya keçirməyə cəhd edənlərlə bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

“Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button