Manşet

Atasının və qohumlarının bahalı qəbirlərini sökdürdü- Şamaxıda+Video

Atasının və qohumlarının bahalı qəbirlərini sökdürdü- Şamaxıda+VideoDəbdəbəli, bahalı, qara mərmərdən hazırlanmış qəbirlər artıq kənddə ənənə halını alıb.Şamaxıda bir şəxsin təşəbbüsü nəinki bu kəndə, hətta qonşu kəndlərə də nümunə olub. O, dədə-babasının bahalı qəbirlərini sökdürərək sadə düzəltdirib.

İmkanı olan, olmayan bir-birinə baxır qəbirləri bahalı daşlardan düzəldirdi. Bu hal kənddə adətə çevrilmişdi.

Şamaxıda bu dəbdəbənin qarşını almaq üçün bir nəfər nümunəvi addımla çıxış edib.

Rayonun birinci Çaylı kəndində Qara Bədəlov adlı şəxs atası və digər qohumlarının qəbirlərində olan bahalı mərmərlərini sökdürüb. Yerində isə gördüyünüz bu sadə qəbirlər düzəldirib.

Başlanğıcda hamı tərəfindən qınanan bu təşəbbüs artıq yaxşı hal kimi qarşılanır.

Qara Bədəlovun təşəbbüsündən sonra heç kim bahalı daşlardan istifadə etmir. Hamı qəbirləri sadə üsulla düzəltdirir. Hazırda Çaylı kəndində 40-dan çox məzar bu şəkildə düzəlib.Vəziyyət qonşu kəndlərdə də yayılmağa başlayıb.

Xəzər Xəbər

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button