Manşet

Sərhəddə son durum: Erməni tərəfi açıqlama yaydı

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi ümid edir ki, Azərbaycan tərəfi bu çağırışlara qulaq asacaq və vəziyyəti daha da gərginləşdirməyəcəkdir”.

“SAVAŞ” xəbər verir ki, Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan mayın 15-də Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirlməsi ilə bağlı yaranan vəziyyətə beynəlxalq reaksiyaları şərh edərkən belə deyib bildirib.

“Bir daha vurğulayırıq ki, Azərbaycan tərəfi Ermənistanın suveren ərazilərinə təcavüz etdi. Beynəlxalq tərəfdaşlarımızın Azərbaycana silahlı birləşmələrinin təcili Ermənistan ərazisindən çıxarılması çağırışlarını yüksək qiymətləndiririk”.

“Ermənistan Respublikası ərazi bütövlüyünü təmin etmək üçün bütün tədbirləri görməyə qərarlıdır və bu barədə tərəfdaşlarına da müxtəlif platformalarda məlumat verib”, – deyə nazirlik sözçüsünün açıqlamasında deyilir.

Mayın 12-də Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyi bildirilir.

Azərbaycanın mövqeyi

Ancaq Azərbaycan tərəfi bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur:

“Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button