Manşet

Kreml sözçüsü Paşinyanın Putinə yazdığı məktubla bağlı açıqlama verdi

Kreml Paşinyanın hərbi yardım xahişi ilə Putinə yolladığı məktubla bağlı sualı cavablandırıb.

Ötən həftə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin növbədənkənar iclası zamanı Putinə məktub yazdığını, Azərbaycanla sərhəddə yerləşən Sünik bölgəsindəki vəziyyətə görə ondan hərbi kömək də daxil olmaqla, yardım istədiyini bildirmişdi.

“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri daim təmasdadır. Biz həmçinin Bakı ilə də təmasdayıq. Prezident Putin üçtərəfli razılaşmaların alternativsiz icra olunmasının tərəfdarıdır. Hazırda gərginliyin aradan qaldırılması və vəziyyətin düzəlməsi üçün səylər göstərilir”,-deyə Peşkov jurnalistlərə söyləyib.

Kremlin sözçüsü Rusiya prezidentinin Paşinyanın məktubunu alıb-almadığı barədə suala cavab verməkdə çətinlik çəkib. “Bu haqda dəqiq məlumatım yoxdur, amma təbii ki, bütün bu məsələlər ikitərəfli təmaslar zamanı dəfələrlə müzakirə edilib”,- deyə Peskov qeyd edib.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button