Manşet

\”Rövşən Lənkəranski”ni “vuran” gizli əllər kimdir?

"Rövşən Lənkəranski”ni “vuran” gizli əllər kimdir?\”Rufo Gəncinski”nin \”Ded”in qətli ilə bağlı dedikləri blef imiş; azərbaycanlı \”qanuni oğru” \”sxodka”dan çıxa biləcəkmi?

Ötən həftə Rusiya hüquq-mühafizə orqanları KİV-lərə məşhur azərbaycanlı kriminal avtoritet, \”Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin \”sağ əli” kimi təqdim olunan \”Rufo Gəncinski” ləqəbli \”qanuni oğru” Ulfət Tağıyevin \”Ded Xasan”ın öldürülməsi ilə bağlı istintaqa sensasion ifadə verdiyi barədə məlumat aranı qatıb.
Həmin xəbərdə deyilirdi ki, ötən ilin sentyabrında Moskvada həbs olunan \”Rufo”nun \”Ded Xasan”ın qətlində əlinin olduğunu etiraf edib. Və istintaq da dərhal \”Ded Xasan”ın qətlinin \”Rövşən Lənkəranski” tərəfindən sifariş verildiyi versiyasını yenidən gündəmə gətirmişdi.
Hələ o zaman da vurğulamışdıq ki, \”Rufo”nun həbsi \”Lənkəranski”ni yenidən hədəfə gətirmək məqsədi güdə bilər və bunda Rusiyanın hüquq-mühafizə orqanlarının da marağının olması mümkündür.
Bu xəbərlərdən sonra İspaniya həbsxanasından buraxıldıqdan sonra oktyabrın 29-da Rusiyaya qayıdan \”Şakro Molodoy” ləqəbli məşhur \”vor zakon” Zaxari Kalaşovun yaxın vaxtlarda bütün keçmiş sovet respublikalarından olan kriminal avtoritetlərin iştirakı ilə \”sxodka” keçirməyə hazırlaşdığı barədə məluma yayılması da diqqət çəkdi. Qeyd edək ki, Rusiya və keçmiş postsovet məkanında kriminal imperiyasının lideri olmağa əsas namizəd hesab edilən \”Şakro Molodoy” \”Ded Xasan”ın qətlini araşdırır. O, hətta \”Ded”in məzarı üstə and da içib.
Rusiyaya qayıtdıqdan sonra vaxtının çox hissəsini Moskva ətrafındakı Odintsovo rayonundakı Razdorı qəsəbəsindəki kottecdə keçirən \”vor zakon” la görüşmək istəyənlər çoxdur. Lakin \”Şakro” onların demək olar ki, hamısına rədd cavabı verir. Bildirir ki, hələ işlərlə bağlı kursda deyil və vəziyyəti öyrənir. Görüş üçün müraciət edənlərin sayının çoxluğunu nəzərə alan \”Şakro” mesaj göndərib ki, tezliklə genişmiqyaslı \”sxodka” keçirəcək və kriminal aləmdə cərəyan edən proseslərlə bağlı bütün məsələlərə orada aydınlıq gətirilməsinə çalışacaq.
Gözlənilir ki, bu toplantıda yüzlərlə \”vor zakon” iştirak edəcək. \”Sxodka”nın dəqiq vaxtı və yeri isə hələlik məlum deyil.
Kriminallar arasında əsl savaş gözlənildiyi bir vaxtda \”Lənkəranski”nin \”Ded Xasan”ın qətli ilə bağlı məsələdə hədəfə çıxarılması təsadüfi deyildi.
Bu məsələyə diqqətçəkən \”Moskovskiy komsomolets” yazır ki, \”Rufo”nun \”Ded Xasan”ın öldürülməsi ilə bağlı ifadəsi şübhəlidir. Kriminal aləmin nümayəndələrinin qəzetə bildirdiyinə görə, \”Rufo” doğrudan da \”Rövşən Lənkəranski”yə borcludur. Çünki \”Rufo”nun başına \”vor” tacını 2012-ci ildə Dubayda şəxsən \”Rövşən Lənkəranski” qoyub, özü də \”Ded”in öldürülməsindən iki həftə əvvəl.
Amma kriminal aləmin nümayəndələri deyirlər ki, \”Ded”in qətlinin \”Lənkəranski” tərəfindən sifariş verilməsi daha çox polisin uydurmasıdır.(virtualaz)
Doğrudur, istintaqda \”Lənkəranski”nin \”Ded”dən yaxa qurtarmağın işin xeyrinə olacağı barədə telefon danışığı var. Ancaq \”Rufo”nun istintaqda dediyi kimi, \”Ded”i vuran killerin hadisə yerindən uzaqlaşması üçün marşrut işləyib hazırlaması versiyası tutarlı hesab olunmur. Çünki \”Ded”i peşəkar killer-snayper vurub və bu cür peşəkarlar aradan çıxmaq üçün hansısa marşruta ehtiyac duymurlar. Xüsusən də \”Rufo” kimi orta səviyyəli \”vor” tərəfindən hazırlanmış marşruta…
Bildirilir ki, \”Rufo” həbs olunandan sonra \”Matrosskaya tişina” həbsxanasının xüsusi blokunda saxlanılır. O, həbs olunandan sonra istintaqa ifadə verməyib və məlumata görə, özünü dəliliyə vurub. \”Rufo”nu hətta müalicə üçün psixiatrik xəstəxanaya da aparıblar.
Ehtimal olunur ki, \”Rufo” özünü \”Ded Xasan”ın qətlinin təşkilatçısı kimi qələmə verməklə təcridxanada saxlanılma şəraitini yaxşılaşdırmağa çalışır. Yaxud onun məqsədi istintaqı çaşdırmaqdır.
Rusiya kriminalının \”xaç atası” sayılan Aslan Usoyanın qətlindən keçən 23 ayda bu işin məhz \”Rövşən Lənkəranski”yə \”yüklənməsində” maraqlı olan qüvvələrin ilk həmləsi deyil. Bundan əvvəl də \”Lənkəranski” ilə yaxın münasibətləri olan Cemal Mikeladzenin də həbsxanadan \”etiraf” məktubu yayılmışdı. Kriminal aləmdə \”Cemo” ləqəbi ilə tanın Cemal Mikeladze guya hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda \”Ded Xasan”ın qətli ilə bağlı \”sirləri açırdı”. Məktubda iddia edilirdi ki, \”Ded”lə bağlı qətl planını müzakirə etmək üçün \”Rövşən Lənkəranski”, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə \”Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi \”Rövşən Lənkəranski”nin adı keçirdi. Bu məktubun məhz əsas cinayəti \”Lənkəranski”yə \”yükləmək” məqsədi ilə yayıldığı açıq hiss olunurdu. Sonradan məktubu \”Ded” klanın ortaya atdığı barədə ciddi şübhələr vardı.(musavat.com)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button