Manşet

Koronavirus dünyaya Uhan laboratoriyasından sızdırılıbmış – Dəlillər var

İl yarımdır dünyanı cənginə alan, milyonlarla insanın ölümünə səbəb olan, həyatı alt-üst edib iqtisadiyyatları çökdürən koronavirusun laboratoriya mənşəli olduğu haqda məlumatlar təsdiqini tapıb. Virtualaz.org xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr palatasının kəşfiyyat komitəsinə bu barədə mötəbər dəlillərin daxil olduğu bildirilir.

Belə ki, komitənin respublikaçı üzvləri virusun Çinin Uhan şəhərindəki virusologiya institutunun laboratoriyasından sızdığına dair “ciddi dolayısı dəlillər” əldə ediblər. Bu haqda komitənin saytında dərc edilmiş hesabatda bildirilir. Hesabata əsasən Çin virusun əsl mənbəyini müəyyən etmək üçün beynəlxalq səylərə mane olub.

Sənəddə Çindəki amerikalı diplomatların 2017-ci ildə Uhan laboratoriyasında alimlərin təhlükəsizlik protokollarına əməl etmədən koronaviruslar üzərində tədqiqat apardıqları barədə Vaşinqtona məxfi diplomatik teleqram göndərdiyi də bildirilir.

O da qeyd edilir ki, laboratoriyanın bəzi əməkdaşlarında hələ 2019-cu ilin payızında koronavirus əlamətləri müşahidə edilib. Komitə üzvləri virusun sızmasında Uhan institutunda işləyən Çin hərbi tədqiqatçılarının əli olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bu ilin martında beynəlxalq ekspertlər qrupunun Uhana səfərinin yekunlarına dair hesabat yaymışdı. Orada deyilirdi ki, virusun laboratoriyadan sızması “az ehtimal edilir”. Əsas versiya virusun yarasalardan insana keçməsidir. Lakin Çin beynəlxalq ekspertlər qrupunu Uhan institutuna buraxmamışdı. Nəticədə ABŞ başda olmaqla 13 ölkə birgə bəyanat yayaraq Dünya Səhiyyə Təşkilatının hesabatından narahatlıq ifadə etmişdi, təşkilatı virusun mənşəyini araşdırmaq üçün şəffaf və müstəqil təhqiqatın aparılmasını təmin etməyə çağırmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button