Manşet

Səfər Əbiyevin qardaşının adı torpaq dələduzluğunda hallanır: \”63 min manatımı alıb…\”

Səfər Əbiyevin qardaşının adı torpaq dələduzluğunda hallanır: "63 min manatımı alıb..."Xətai sakini 63 min manatının mənimsənildiyini, prokurorluq isə faktın təsdiq olunmadığını bildirir

\”Keçmiş müdafiə naziri Səfər Əbiyevin qardaşı Nazim Əbiyev, Mənzil hərbi hissəsinin sabiq işçisi Eldar Səlimzadə və başqaları etibarımdan sui-istifadə edərək saxta sənədlərlə Müdafiə Nazirliyinin balansında olan C.Naxçıvanski adına hərbi liseyin su anbarının ərazisində torpaq sahəsi satmaq adı ilə mənim 63 min manat pulumu mənimsəyiblər\”.

Savash.org xəbər verir ki, bu sözləri \”Bizim Yol\” qəzetinə Xətai rayon sakini Xəlilov Bəhlul Abdulla oğlu bildirib. Onun sözlərinə görə, üzləşdiyi dələduzluqla bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub: \”2007-ci ildə mən dələduzluğun qurbanı oldum. Bu barədə hüquq-mühafizə orqanlarına etdiyim şikayət nəticəsiz qaldı. O zaman hələ müdafiə naziri Səfər Əbiyev idi deyə şikayətin ədalətli araşdırılması və mənə dəymiş zərərin ödənilməsi üçün cinayət işi açılmadı. Mənə açıq şəkildə deyildi ki, bu problemin həllini istəyirəmsə dövlət başçısına, Ali Baş Komandana müraciət etməliyəm. Artıq S.Əbiyev nazir deyil, mən tələb edirəm ki, dələduzluq hadisəsi ilə bağlı cinayət işi açılsın və mənə dəymiş zərər ödənilsin\”.

Bu şikayətlə bağlı Baş Prokurorluğun cavabı belə olub ki, adları çəkilən şəxslərin dələduzluq etmələri xüsusatı öz təsdiqini tapmayıb: \”Səlimzadə Eldar Cilovxan oğlu tərəfindən aldadılaraq torpaq sahəsini B.Xəlilova satmaq adı ilə ondan 63 min manat məbləğində pulun alınaraq ələ keçirilməsi barədə müraciəti Baş Prokurorluqda araşdırılıb.

Müəyyən edilib ki, 2012-ci ildə B.Xəlilov Əbil, Eldar və Bağır adlı şəxslərin torpaq satması adı ilə onun pulunu mənimsəməsi barəsində müraciəti Səbail prokurorluğunda və polisində araşdırılıb. Şikayət öz təsdiqini tapmadığı üçün elə həmin il cinayət işinin başlanması rədd edilib.

Şikayət ərizəsinə Korrupsiyaya qarşı Mübarizə İdarəsində baxılıb. Eldar Səlimzadə, Əbil Həsənov və Bağır Piriyev B.Xəlilova borclu olmadıqlarını deyiblər. Onların dələduzluq etmələri xüsusatı öz təsdiqini tapmayıb\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button