Manşet

Bakıda general oğlu ilə davada yaralanmış şəxs xəstəxanada öldü

Bakıda general oğlu ilə davada yaralanmış şəxs xəstəxanada öldüƏsədullayev polisdən gizlənməyə çalışırmış.

Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə davada yaralanmış şəxs xəstəxanada dünyasını dəyişib.

Savash.org xəbər verir ki, bu barədə haqqin.az-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr xəbər veriblər.

Bildirilir ki, adı çəkilməyən yaralı şəxs dünən Bakının xəstəxanalarından birində dünyasını dəyişib.

Xatırladaq ki, aprelin 10-da general Şərif Əsədullayevin oğlu “Senator” restoranında dava salaraq, münaqişə iştirakçılarından birini bıçaqla vurub. Tamerlan Əsədullayev polisdən qaçıb gizlənməyə çalışsa da, hüquq-mühafizə orqanları onu saxlaya biliblər.

Yasalam rayon Polis İdarəsinin İstintaq şöbəsi 126.2.4 (sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində predmetdən istifadə etməklə törədilmiş xuliqanlıq) maddələri üzrə cinayət işi qaldırıb.

Aprelin 10-da Yasamal rayon məhkəməsinin qərarı ilə Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button