Manşet

“Qərb bunu Lukaşenkoya bağışlamayacaq” – Daha hansı sanksiyalar gözlənilir?

“Baş vermiş olay Minsk ilə Moskvanın birgə planının nəticəsidir. Düşünürəm ki, bu insidentdə əsas rol məhz Rusiyaya məxsusdur və məqsəd Lukaşenkonun Qərblə bütün əlaqələrini kəsməyə hesablanıb”.

Bu sözləri Afinadan Vilnüsə uşan sərnişin təyyarəsinin Minskdə məcburi yerə endirilməsi və təyyarədəki beloruslu blogerin həbsinin Belarus və onun liderinə qarşı hansı sanksilayara gətirib çıxaracağından danışarkən, politoloq Məhəmməd Əsədullazadə deyib.

Həmsöhbətimizin fikrincə, Belarus Prezidenti bu addımı ilə böyük strateji yanlışlığa yol verib:

“Artıq Qərbdə sanksiyalar baradə düşünürlər.  Beynəlxalq Aviasiya, xüsusən də Avropa ölkələri Belorus ərazisindən aviauçuşları dayandırıb.  Həmçinin, Belorus təyyarələrinin Avropa aeroportlarına enişinə qadağa qoyulub.  Avropa İttifaqı Belarusa ayırdığı 3 milyon dollarlıq yardımı da dayandırıb.

Minskin  bu hərəkəti Lukaşenkonun hakimiyyətinin zəifləməsinə gətirib çıxaracaq. Beynəlxalq təzyiqlər daha da artacaq.  Hətta olay Lukaşenkonun hakimiyyətdən getməsilə də nəticələnə bilər.  Çünki, Qərb bu olayı Lukaşenkoya bağışlamayacaq”.

Politoloqa görə, olay Belarusda daxili siyasi vəziyyəti daha da qəlizləşdirəcək: “Ölkənin sosial-iqtisadi vəziyyəti daha da pisləşəcək. Bu da öz növbəsində hakimkiyyətə qarşı etirazların şiddətlənməsinə səbəb olacaq.  Belorus müxalifəti yenidən meydanlara çıxacaq”.

Əsədullazadə bu qənaətdədir ki, Belarusdakı olay fonunda ABŞ Prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüş də təxirə salınacaq: “Bu görüş başqa vaxta ertələnə bilər. Hadisə sözsüz ki, ABŞ-Ruasiya əlaqələrində yaşanan soyuqluğu müəyyən dərəcədə bir qədər də artıracaq”.

Rüfət SULTAN

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button